Hüquqi sənəd — 01

İstifadə Şərtləri.

Bu sənəd Yol Yoldaşı tətbiqindən və xidmətlərindən istifadə edərkən tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Hesab yaradaraq aşağıdakı şərtləri qəbul etmiş sayılırsınız.

Son yenilənmə · 01.01.2026 Versiya · v3.2 Qüvvədədir · Azərbaycan Respublikası

01Ümumi müddəalar

Yol Yoldaşı (bundan sonra "Platforma") — Burncode LLC tərəfindən idarə olunan, sürücülər və sərnişinlər arasında birgə səyahət təşkil edən rəqəmsal xidmətdir. Platforma özü nə nəqliyyat operatoru, nə də ekspeditor deyil; sadəcə istifadəçilər arasında əlaqə qurur.

Xidmətdən istifadə edən hər bir şəxs 18 yaşını tamamlamış və Azərbaycan Respublikası qanunvericiliyinə tabe olan fiziki şəxs sayılır. Qanuni fəaliyyət qabiliyyəti olmayan şəxslərin hesab yaratması qadağandır.

02Hesab və qeydiyyat

Qeydiyyat zamanı real telefon nömrəsi, ad, soyad və şəxsiyyət sənədi məlumatlarını təqdim etmək məcburidir. Yanlış və ya uydurma məlumat daxil etmək hesabın birdəfəlik bloklanması ilə nəticələnə bilər.

  • Hər şəxs yalnız bir hesaba sahib ola bilər.
  • Şifrə və giriş məlumatlarının təhlükəsizliyi istifadəçinin öhdəliyindədir.
  • Hesabınızdan icazəsiz istifadə hallarını dərhal bizə bildirin.
  • Sürücü statusu almaq üçün avtomobil, sürücülük vəsiqəsi və texniki pasport şəkilləri yüklənməli və admin tərəfindən təsdiqlənməlidir.

03Sürücü öhdəlikləri

Sürücü kimi fəaliyyət göstərərkən aşağıdakı şərtlərə əməl etməyi öhdənizə götürürsünüz:

  • Qüvvədə olan sürücülük vəsiqəsinə və texniki baxışdan keçmiş avtomobilə sahib olmaq.
  • Məcburi dövlət sığortasının aktiv olması.
  • Səfər zamanı sərnişinlərin həyatı və sağlamlığı üçün məsuliyyət daşımaq.
  • Elan edilən marşrutdan, vaxtdan və qiymətdən razılaşdırılmış qaydada kənara çıxmamaq.
  • Alkoqol, narkotik və ya digər sərxoşedici maddə təsiri altında sükan arxasına keçməmək.

04Sərnişin öhdəlikləri

Sərnişin olaraq səfərə vaxtında gəlmək, sürücünün avtomobilinə və digər sərnişinlərə hörmətlə yanaşmaq sizin öhdəliyinizdir.

  • Bron təsdiqindən sonra səfəri əsassız yerə ləğv etmək reytinq düşməsinə səbəb ola bilər.
  • Avtomobilə ziyan vurulması halında maddi məsuliyyət daşıyırsınız.
  • Səfərdən sonra dəyərləndirmə yazmağınız digər istifadəçilər üçün etibar yaradır.

05Ödəniş və qiymət

Bütün ödənişlər EPoint ödəniş sistemi və ya mobil tətbiq daxilində App Store / Google Play in-app purchase vasitəsilə həyata keçirilir. Platforma kart məlumatlarınızı öz serverlərində saxlamır.

Qiymət sürücü tərəfindən təyin edilir və bron anında sərnişinə sabitlənir. Platforma komissiya kimi məbləğin müəyyən faizini tutur; bu faiz tətbiq daxilində göstərilir.

06Ləğv və geri ödəniş

Səfərdən 24 saat əvvəl ləğv edilərsə — tam geri ödəniş. 2 saatdan az qaldıqda ləğv — ödənişin 50%-i saxlanılır. Sürücü tərəfindən ləğv edildikdə sərnişinə tam məbləğ qaytarılır və sürücü reytinqi təsirlənir.

Geri ödəniş banka qayıtma müddəti kart emitentindən asılı olaraq 3–10 iş günü arasında dəyişə bilər.

07Yük daşıma qaydaları

Freight moduluna qanunla qadağan olunmuş əşyaların (narkotik, silah, partlayıcı, gömrük qaydalarını pozan mal) daşınması qəti qadağandır. Belə hallarda tam hüquqi məsuliyyət göndərənə aiddir.

08Qadağan olunan davranış

  • Digər istifadəçilərə qarşı hədə, təhqir və ya ayrı-seçkilik.
  • Platformadan kənarda ödəniş təklif etmək və ya qəbul etmək.
  • Saxta reytinq, saxta hesab və ya avtomatlaşdırılmış vasitələrin istifadəsi.
  • Platformanın təhlükəsizlik mexanizmlərini zərərsizləşdirməyə cəhd.

09Məsuliyyətin məhdudlaşdırılması

Platforma istifadəçilər arasındakı əlaqələr zamanı yaranan hər hansı zərərə, qəzaya, gecikməyə və ya mübahisəyə görə birbaşa məsuliyyət daşımır. Biz yalnız vasitəçi texniki xidmətik. Mübahisəli hallarda dəstək komandamız məlumat və sübut toplamağa kömək edir.

10Dəyişiklik və ləğv

Bu şərtlərdə vaxtaşırı dəyişikliklər edilə bilər. Əhəmiyyətli dəyişikliklər zamanı tətbiq daxilində bildiriş göndərilir. Xidmətdən istifadəyə davam etməyiniz yeni şərtləri qəbul etdiyiniz mənasına gəlir.

Hesabınızı istənilən vaxt profil bölməsindən sil bilərsiniz. Silindikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində məlumatlarınız arxivləşdirilir, sonra isə tam silinir.


Suallarınız varsa — bizimlə əlaqə saxlayın.